"Sabah"ın müdafiəçisi Polşa millisinə dəvət olundu

Polşa milli komandasının UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti açıqlanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Yan Urban yığmaya 26 futbolçu çağırıb.

"Ağ-qırmızılar"ın heyətdə yer alan oyunçular arasında Azərbaycanda çıxış edən futbolçu da var. "Sabah"ın sol cinah müdafiəçisi Timoteuş Puxaç ölkəsinin millisinə dəvət alıb.

Qeyd edək ki, Polşa seçməsi Bosniya və Herseqovina ilə iki (25 sentyabrda Varşavada, 5 oktyabrda Zenitsada), həmçinin İsveç (28 sentyabrda Solnada) və Rumıniya (2 oktyabrda Varşavada) ilə oyunlar keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right