Zaur Həşimov: "Penaltiyə qədər "Qarabağ"a 100 faizlik qol epizodu verməmişdik"

"Oyunun gedişatı bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, "Qarabağ"a 100 faizlik qol epizodu verməmişdik. Ümid edirdik ki, hücumda hansısa epizoda girərək, qol vurarıq. Ən azından bir xal qazanacağımızı düşünürdük, minimum bir xal arxasınca gəlmişdik. Futbolçularımdan narazı qalmadım, onlara təşəkkür etdim. Üç gün əvvəl oynadığımız "Sabah"a qarşı matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qalmadım. Oyunumuz da pis alınmadı".

Newsport.az xəbər verir ki, bu sözləri "Şəfa"nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 6-cı turunun "Qarabağ"a(1:0) qarşı keçirilmiş görüşündən sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablanıdırıb.

- Növbəti oyununuz "Turan Tovuz"a qarşıdır...

- Qarşıda milli fasilə var. Ona qədər üç həftəmiz var. Bu qrafiklə bütün komandalar oynayacaq. Belə komandalarla oyunlarda da xal qazanmaq istəyirik. Oynadığımız bütün komandalar bizimlə görüşə qədər avrokuboklarda bir neçə oyun oynamışdı. Bu gün də komandamız layiqli mübarizə apardı. Üç həftə vaxtımız var. "Turan Tovuz"la görüşdə daha güclü "Şəfa" görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right