Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı "Qalatasaray"ın əfsanəsi də saxlanıldı

Türkiyəli tanınmış sabiq futbolçu Hasan Şaş narkotik əməliyyatı çərçivəsində saxlanılıb.

Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik araşdırması çərçivəsində 18 şübhəli barəsində saxlanılma qərarı verilib. Həmin şəxslər arasında Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Hasan Şaş da yer alıb.

Saxlanılan şəxslər əvvəlcə xəstəxanada tibbi müayinədən keçirilir. Daha sonra narkotik testindən keçmək üçün məhkəmə-tibbi ekspertizasına aparılırlar.

Prosedurlar başa çatdıqdan sonra şübhəlilər ifadə vermək üçün prokurorluğa göndərilir. Bundan sonra onların sərbəst buraxılması və ya məhkəməyə cəlb edilməsi ilə bağlı qərar verilir.

Hasan Şaşla bağlı da prosesin bu qaydada davam etdiriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right