AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani ilə görüşüb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AFFA və PFF arasında  əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin futbol qurumları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın gələcəkdə həm Azərbaycanda, həm də Pakistanda futbolun inkişafına mühüm fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələr çərçivəsində uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsinin təşkili, hakim kadrlarının hazırlanması, həmçinin birgə təlim-məşq toplanışlarının keçirilməsi imkanları nəzərdən keçirilib. Qarşılıqlı dəstək proqramlarının hər iki ölkədə futbolun kütləviliyinin və keyfiyyətinin artırılmasına xidmət edəcəyi qeyd olunub.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right