Yamal şəxsi rekordunu təkrarladı

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.

Newsport.az xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın 6-cı turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub.

7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.

Xatırladaq ki, İspaniya millisinin üzvü “Rasinq”lə qarşılaşmadan əvvəl “Rayo Valyekano” (dubl), “Valensiya” (dubl), “Feyenoord” və “Levante” (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right