“Mançester Yunayted” 1976-cı ildən bəri ilk dəfə doğma meydanda iki top fərqi ilə öndə olduğu qarşılaşmada məğlubiyyətə uğrayıb.
Newsport.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində “Mançester Yunayted” “Brayton”la qarşılaşıb.
Mançester təmsilçisi oyunun 10-cu dəqiqəsinədək iki qol vursa da, yekunda 2:3 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.
Beləliklə, “qırmızı şeytanlar” doğma meydanda iki top fərqi ilə öndə olduqları oyunda 50 ildən sonra ilk dəfə məğlubiyyət yaşayıblar.
“Mançester Yunayted” sonuncu dəfə 1976-cı ilin sentyabrında “Old Trafford”da belə nəticə ilə üzləşmişdi. Həmin vaxt komanda İngiltərə çempionatının oyununda “Tottenhem”ə 2:3 hesabı ilə uduzmuşdu.