"Barselona" İspaniya La Liqasının 6-cı turunda öz meydanında "Rasinq"i 7:2 hesabı ilə darmadağın edib.
Newsport.az xəbər verir ki, qarşılaşmanın əsas qəhrəmanı het-trik edən Rafinya olub. Meydan sahiblərinin heyətində Xuan Kanselu, Qabriel Jezus və Lamin Yamal fərqləniblər, daha bir topu isə Asiyer Vilyalibre öz qapısına daxil edib.
Braziliyalı vinger 2026/27 mövsümünün 7 start matçında bütün turnirlərdə artıq 11 qol vurub. Beləliklə, o, 2012/13 mövsümündə ilk 7 oyunda 10 qol vurmuş Lionel Messinin rekord nailiyyətini üstələyib.
11 vurulmuş qolla yanaşı, hücumçunun aktivində 3 məhsuldar ötürmə də var.