Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, müdafiəçi Mert Müldür sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müldür komandanın məşqçi zamanı dizindən zədə alıb. 27 yaşlı sağ cinah müdafiəçisi təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Mert Müldürü 2023-cü ilin yayında "Sassuolo"dan 3 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.