“Barselona”nın hücumçusu Rafinya klubu ilə yeni müqavilənin şərtləri barədə danışıqlar aparır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu maaşının ikiqat artırılmasını tələb edir. “Barselona” onun şərtləri ilə razılaşmasa, Rafinya karyerasını başqa klubda davam etdirə bilər.
“Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Əl-Hilal” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu klublar ona daha yüksək maaş təklif etməyə hazırdır.
Rafinya ilə “Barselona” arasındakı müqavilənin müddəti 2028-ci ilin yayında başa çatacaq. O, İspaniya çempionatının cari mövsümündə 9 qol vurub və 3 məhsuldar ötürmə verib.
Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.