İsveç millisində oynamış qapıçı "Sumqayıt"da RƏSMİ

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son klubu Təbrizin “Traktor” kollektivi olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, “Malmö” yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right