Renat Ukraynada növbəti oyununa çıxdı

Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Bukovina" səfərdə "Xarkov"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

7 turdan sonra 7 xal toplayan "Bukovina" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right