“Tottenhem”in braziliyalı hücumçusu Riçarlisonun komandadan ayrılmayacağı bildirilib.
Newsport.az “The Sun”a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun BƏƏ təmsilçisi “Şabab Əl-Əhli”yə transferinə razılıq verməyib.
Riçarlison 2022-ci ilin yayından “Tottenhem”in formasını geyinir. Onun London klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Braziliya millisinin üzvü cari mövsümdə Premyer Liqada yalnız bir matçda iştirak edib. “Transfermarkt” isə onun hazırkı bazar dəyərini 25 milyon avro qiymətləndirir.