Endrik “Real Madrid”dən ayrılmağa hazırlaşır?

“Real Madrid”in braziliyalı hücumçusu Endrikin klubdakı gələcəyi sual altındadır.

Newsport.az xəbər verir ki, 20 yaşlı futbolçunun cari mövsümdə kifayət qədər oyun şansı əldə etməməsindən narazı olduğu və daha çox oynaya biləcəyi komandaya keçmək istədiyi bildirilir. Bu səbəbdən Endrikin yanvar transfer pəncərəsində “Real Madrid”dən ayrılması gündəmə gəlib.

Braziliyalı forvarda “Arsenal”ın xüsusi maraq göstərdiyi və London klubunun onu heyətinə qatmaqda israrlı olduğu qeyd edilir. Tərəflər arasında mümkün anlaşmanın futbolçunun transferi deyil, icarəsi formasında reallaşacağı gözlənilir. Bu halda Endrikin transfer hüquqları “Real Madrid”də qalacaq.

Endrik “Real Madrid”lə 2030-cu il iyunun 30-dək müqaviləyə sahibdir. “Palmeiras” yetirməsi olan hücumçu ötən mövsümü icarə əsasında Fransanın “Lion” klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right