Keyndən Yamalın “qızıl top”la bağlı açıqlamasına reaksiya

“Bayern”in hücumçusu Harri Keyn “qızıl top” uğrunda mübarizə və “Barselona”nın vingeri Lamin Yamalın açıqlamaları barədə danışıb.

Münhen klubunun heyətində Bundesliqada 98 oyunda 101 qol vuran ingiltərəli futbolçu “qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

Yamal daha əvvəl bildirib ki, “qızıl top”u ən çox qol vuran deyil, ən yaxşı futbolçu qazanmalıdır. 19 yaşlı vinger özünü və Kilian Mbappeni dünyanın ən yaxşı futbolçuları hesab etdiyini də söyləyib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamalın sözlərinə münasibət bildirən 33 yaşlı forvard, özü haqda danışmağı çox sevmədiyini deyib:

“Mən özüm haqqında danışmağı çox sevmirəm. Meydandakı işimə fokuslanmışam. Bu məsələ ilə bağlı hər kəsin öz fikri var. Bu da tamamilə normaldır.

Yamalın nəyi nəzərdə tutduğunu bilmirəm. O, inanılmaz futbolçudur, möhtəşəm mövsüm keçirib. Bir çox digər oyunçu da elə. Mbappe, Maykl Olise, Rodri… Namizədlər çoxdur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right