“Yuventus”un qapıçısı Kamil Qrabara məşq zamanı ciddi zədə alıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qapıçının sağ dizinin ön çarpaz bağları qopub.
Qrabara bu mövsümün sonunadək “Volfsburq”dan icarəyə götürülüb. 27 yaşlı futbolçu “Yuventus”un heyətində yalnız bir oyunda, Avropa Liqasında Niderlandın “Neymegen” klubuna qarşı 5:0 hesablı qələbə qazandıqları matçda meydana çıxıb.