“Mançester Siti”nin sabiq futbolçusu Serxio Aquero klubun yaydakı transfer siyasəti barədə fikirlərini bölüşüb.
Newsport.az “Stake Football”-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu, baş məşqçi dəyişikliyindən sonra heyətdə çoxsaylı dəyişikliklərin olmasının normal olduğunu bildirib:
“Hər mütəxəssisin futbola öz baxışı var. “Mançester Siti”nin aldığı futbolçular çox xoşuma gəldi. Yeni oyunçuları fərqli sistemə uyğunlaşdırmaq asan deyil. Ancaq düşünürəm ki, zaman keçdikcə “şəhərlilər” yenidən bütün titullar uğrunda mübarizə apara biləcək komandaya çevriləcək”.
“Mançester Siti” yayda Enzo Fernandes, Elliot Anderson, Ayyub Buaddi, İliman Ndiaye, Allan və digər futbolçuları heyətinə qatıb. Klub transferlərə 500 milyon avrodan çox vəsait xərcləyib.