“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, futbolçu Rafinya Diasın klubla yeni müqavilə imzalamasını dəstəkləyib.
Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, braziliyalı oyunçunun yüksək səviyyədə çıxış etdiyini bildirib:
“Rafinya ən yüksək səviyyədə çıxış edir. O, yüksək səviyyəli futbolçudur. Yeni müqavilə? Bu, klub rəhbərliyinin verəcəyi ən yaxşı qərar olardı”.
Rafinyanın yeni müqaviləsinin müddətinin 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olması gözlənilir. O, 2022-ci ilin yayından “Barselona”da çıxış edir və hazırkı sözləşməsinin vaxtı 2028-ci ilin iyununda başa çatacaq.
“Barselona” və “Sabah” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda qarşılaşacaq.