2023-2026-cı illərdə “Zirə”nin qapısını qoruyan Tyaqo Silva yenidən Azərbaycanda çıxış edə bilər.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı qapıçıya Azərbaycan klublarından təkliflər var.
26 yaşlı futbolçu özü də həmin təklifləri dəyərləndirmək niyyətindədir. Tyaqo Silvanın yaxın vaxtlarda Azərbaycana qayıtması mümkündür.
“Benfika”nın yetirməsi olan qapıçı karyerası ərzində “Gimarayeş B”, “Leykşoeş” və “Trofense”nin də formasını geyinib.
Qeyd edək ki, Silva bu ilin yayında “Zirə”dən ayrılıb.