"Çətin oyun oldu. Bilirdik və gözləyirdik ki, "Araz-Naxçıvan" daha çox hücum edəcək. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni çox üzür. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. "Şamaxı" azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm".
Newsport.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la (2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qələbədə əsas pya sahibi Rikardo Fernandes idi?
- Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyatda oturan futbolçunun bəlkə də meydançadakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur.