Paskal Qross Almaniya millisində karyerasını başa vurdu

“Brayton”un yarımmüdafiəçisi Paskal Qross Almaniya millisindəki çıxışını başa vurub.

Newsport.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını komandasının Premyer Liqada “Arsenal” üzərində 3:0 hesablı qələbəsindən sonra açıqlayıb. Həmin qarşılaşmada Qross komandasının qollarından birinə imza atıb.

Qross milli komandadakı karyerasını başa vurması ilə bağlı deyib:

“Bəli, artıq karyeramı başa vurdum. Mənim üçün Dünya Kubokundan sonra hər şey bitmişdi. Düşünürəm ki, gələcək nəslə uğurlar arzulamağın vaxtıdır”.

Qross Almaniya millisində debütünü 9 sentyabr 2023-cü ildə, 32 yaşında edib. Hans-Diter Flikin rəhbərliyi altında Yaponiyaya qarşı keçirilən yoldaşlıq görüşündə (1:4) ilk dəfə milli formanı geyinən yarımmüdafiəçi ümumilikdə 19 oyunda iştirak edib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right