“Tottenhem”in müdafiəçisi Pedro Porro səhhətində yaranan problemə görə Millətlər Liqasının oyunları üçün yığmanın heyətindən çıxarılıb.
Newsport.az xəbər verir ki, bununla da İspaniya millisinin sərəncamında hazırda 25 futbolçu qalıb.
Porro sentyabrın 19-da Premyer Liqanın V turunda “Aston Villa” ilə keçirilən qarşılaşmada (2:3) zədələnib.
İspaniya millisində onu kimin əvəz edəcəyi hələlik açıqlanmayıb. Yığma qarşıdakı görüşlərdə İngiltərə (26 sentyabr), Xorvatiya (29 sentyabr), Çexiya (3 oktyabr) və yenidən Xorvatiya (6 oktyabr) ilə qarşılaşacaq.