Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə qış transfer pəncərəsində “Erzurumspor”dan ayrıla bilər.
Newsport.az-a verilən məlumata görə, Türkiyə klubu 22 yaşlı forvardla müqaviləyə vaxtından əvvəl xitam verməyi planlaşdırır.
Ümidləri doğrultmadığı bildirilən millimizin üzvünün qışda “Erzurumspor”dan ayrılması gözlənilir.
Axundzadənin mövsümün qalan hissəsini ABŞ-yə qayıdaraq “Kolambus Kryu”da, yoxsa başqa klubda icarə əsasında keçirəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, Nəriman Axundzadənin “Erzurumspor”la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Futbolçu 2029-cu il iyunun 30-dək isə MLS təmsilçisi “Kolambus Kryu”ya məxsusdur.