“Fiorentina” Amir Riçardsonu icarəyə göndərib. Əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi mövsümün sonunadək “Kopenhagen”də çıxış edəcək.
Newsport.az xəbər verir ki, ilyarım öncə “Reyms”dən 9 milyon avroya alınan 23 yaşlı Mərakeş əsilli fransalı icarəyə verilib. Onun birdəfəlik transferi mümkün deyil.
Riçardsonun florensiyalılarla daha 3 mövsümlük müqaviləsi var.