Braziliya millisinin çalışdırıcısı Karlo Ançelotti “Real”ın baş məşqçisi vəzifəsinə qayıtmaq istədiyini bildirib. “The Touchline” qəzetinin verdiyi məlumata görə, Madrid klubu 66 yaşlı italiyalı mütəxəssisi alternativ kimi nəzərdən keçirir.
Komandanı hazırda istefaya göndərilmiş Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa çalışdırır. Amma onun postunda qalacağı inandırıcı deyil.
Ançelotti əvvəllər Braziliya millisindəki müqaviləsi bitdikdən sonra yenidən məşqçilik etmək istədiyi yeganə klubun “Real” olacağını bildirmişdi.
Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2025-ci ilə qədər Madrid komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 353 matçda 253 qələbə qazanıb və 48 heç-heçə edib.