Runi: “Karrik “Mançester Yunayted”in DNT-sini bilir”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Siti”yə qarşı keçirilən oyunla bağlı fikirlərini bölüşüb. Yanvarın 17-də keçirilən Mançester derbisində “qırmızı şeytanlar” 2:0 hesablı qələbə qazanıblar.

Newsport.az “Metro”-ya istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, komandanın son dövrlərdə müəyyən uğurlar əldə etdiyini vurğulasa da, məhz bu qarşılaşmanın “Mançester Yunayted” üçün çox uzun müddətdən sonra ən yaxşı oyun olduğunu bildirib:

“Düşünürəm ki, ümumilikdə yaxşı nəticələr əldə ediblər, amma mənim fikrimcə, bu oyun “Mançester Yunayted”in uzun illərdən sonra ən yaxşı çıxışı idi”.

Keçmiş futbolçu, komandanın baş məşqçi postuna sabiq oyunçunun gətirilməsinin səbəblərinə də toxunub. Onun sözlərinə görə, Maykl Karrik komandanın ruhunu və daxili mədəniyyətini çox yaxşı tanıyır:

“Soruşsalar ki, “Mançester Yunayted”ə niyə keçmiş oyunçusu olan baş məşqçi lazım idi, cavab sadədir: Maykl Karrik klubu tanıyır, DNT-sini bilir və biz bunu “Mançester Siti” ilə matçda gördük”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right