“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya superkuboku ilə bağlı sualı cavablandırıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Superkuboku qazanmaq bizim məqsədimizdir. Amma əvvəlcə çox çətin rəqib olan “Atletik”lə oynamalıyıq. Sonra görəcəyik. Sabah (bu gün) bir gün istirahətimiz var, sonra ertəsi gün məşq edib Səudiyyə Ərəbistanına uçacağıq”.
Kataloniyalılar 7 yanvar tarixində yarımfinalda “Atletik”lə qarşılaşacaqlar. İkinci finalçı isə ertəsi gün “Atletiko” və “Real” arasında keçiriləcək dueldə müəyyənləşəcək. İspaniya superkubokunun finalı 11 yanvarda keçiriləcək. “Barselona” son qalibdir.