“Lids”in baş məşqçisi Daniel Farke “Liverpul”un yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb. Almaniyalı futbolçu 2025-ci ilin yayında Mersisayd klubuna Leverkuzen “Bayer”indən 125 milyon avro qarşılığında transfer olunub.
Newsport.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Virtsin potensialını xüsusi vurğulayıb:
“Florian Virts inanılmaz potensiala malik futbolçudur. Düşünürəm ki, təkcə o, yayda bütün yeni oyunçularımıza xərclədiyimiz məbləğdən daha baha başa gəlib”.
Virts 2025/26 mövsümündə “Liverpul”un heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun komandası bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində “Lids”lə üz-üzə gələcək.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.