“Qarabağ”ın rəqibi Kərim üçün danışıq aparıb

Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemi karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Borussiya” tərəfləri artıq ilkin danışıqlar aparıblar. Dortmund klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı 23 milyon avro civarında təklifi nəzərdən keçirməyə hazırdır.

Mersisaydlılar hələlik Adeyemini əsas heyətin dəyişməz üzvü kimi görmürlər. Klubun əsas məqsədi hücum xəttində ehtiyat qüvvəni gücləndirmək və bu mövqedə daha çox seçim imkanına sahib olmaqdır.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right