Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək

PSJ və klubun sabiq futbolçusu, hazırda "Real"da çıxış edən Kilian Mbappe arasında məhkəmə prosesi başa çatıb.

Newsport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Məhkəmə Kilian Mbappeyə 61 milyon avro ödəməyi əmr edib. Bildirilib ki, qərar yekdilliklə qəbul edilib və hökm dərhal icra edilməlidir.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Mbappenin PSJ-dən 263 milyon avro təzminat tələb etdiyi bildirilmişdi. Bu məbləğə hücumçunun müqaviləsi bitdikdən sonra ödənilməmiş maaşı və bonusları, eləcə də komandadakı müalicəsi üçün kompensasiya daxildir.

Kilian 2024-cü ilin yayında "Real"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right