Türkiyə Super Liqasında XVI turun matçları keçirilir.
Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Trabzonda baş tutub. Burada "Beşiktaş" "Trabzonspor"un qonağı olub. 6 qolun olduğu matçda qalib müəyyənləşməyib - 3:3.
Qeyd edək ki, "Trabzonspor" 35 xalla 2-ci, "Beşiktaş" isə 26 xalla 5-ci pillədə qərarlaşıb.