Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının səviyyəsi barədə fikirlərini bölüşüb. O, “qırmızı-qaralar”a yayda “Real”dan azad agent kimi keçib.

Newsport.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu İtaliyada çox sərt və rəqabətli liqa olduğunu bildirib:

“İtaliyada çox sərt və rəqabətli liqa var. Amma bu məni təəccübləndirmədi, çünki mən buna hazır idim. Uşaqlıqdan A Seriyası oyunlarını izləyirdim və uzun müddət bu çempionata diqqətlə baxırdım. Ona görə də, buradan nə gözləyəcəyimi bilirdim”.

40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. O, cari mövsümdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right