Vernidub “Neftçi”yə görə “Aktobe”dən imtina edib

“Neftçi”nin yeni baş məşqçi təyin etdiyi Yuri Vernidubu Azərbaycana gətirməsi heç də asan başa gəlməyib.

Newsport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis “ağ-qaralar”a keçmək üçün bir neçə təklifi rədd edib.

Belə ki, Vernidub başda Qazaxıstanın “Aktobe” klubu olmaqla, Ukrayna və Macarıstandakı variantları siyahıdan silib. Xüsusən də, qazaxların yüksək məbləğdə məvacib təklif etdiyi vurğulanıb. Lakin məşqçi Azərbaycan tərəfinin israrı nəticəsində seçimini “Neftçi”nin xeyrinə edib.

Qeyd edək ki, Yuri Vernidub “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right