Ya “Bayern”, ya da “Real”

Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek karyerasını “Bayern”də və ya “Real”da davam etdirmək arzusundadır.

Newsport.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

23 yaşlı futbolçuya “Barselona” da maraq göstərir, ancaq Kataloniya klubunun prioriteti hələlik hücumçu transferi üzərindədir.

Şlotterbekin “Borussiya” ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. Buna baxmayaraq, Dortmund klubu ona 2030-cu ilə qədər olan yeni, daha sərfəli müqavilə təklif edib ki, bu da onu komandadakı ən yüksək maaşlı oyunçulardan birinə çevirəcək. Bu isə almaniyalı futbolçunun gələcək qərarına təsir göstərə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right