“Barselona”nın müdafiəçisi hələ də özünə gələ bilmir

“Barselona”nın müdafiəçisi Ronald Arauxo psixoloji problemlər səbəbindən hələ də komandadan kənarda qalır.

26 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Çelsi”yə 0:3 hesabı ilə məğlub olduqları oyunda aldığı qırmızı vərəqədən sonra yönələn sərt tənqidləri ağır qəbul edib. O, klub rəhbərliyinə hələ meydana çıxmağa hazır olmadığını bildirib və əlavə istirahət alıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” hələ də Arauxonun nə vaxt sıralara dönəcəyini bilmir. Kataloniya təmsilçisi artıq yanvar transfer pəncərəsində müdafiə xəttinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

“Barselona” sabah Çempionlar Liqasında Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Almaniya təmsilçisi bu turnirdə “Qarabağ”ın da rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right