“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Rafinyanın hazırkı vəziyyəti ilə bağlı fikirlərini bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu haqda bunu söyləyib:
“Rafinya yaxşıdır, amma biz də ona qayğı göstərməliyik. Çünki “Atletiko”ya qarşı son oyun (3:1) əlbəttə ki, hər kəs üçün, xüsusən də, onun üçün çox çətin idi”.
Rafinya bu mövsüm “Barselona”da bütün yarışlarda 11 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.