“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen iyulun 29-da bel nahiyəsindən aldığı zədədən sonra meydana qayıtmağa hazırlaşır.
Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı qapıçı dekabrın 13-də “Osasuna” ilə oyun üçün tibbi icazə alacağına ümid edir.
Baş məşqçi Hans-Diter Flik çox güman ki, əsas qapıçı kimi Xuan Qarsiyaya güvənəcək. Ter Ştegenin sağalması uzun sürdü və o, qış transfer pəncərəsinin tezliklə açılacağını bilir ki, belədə gələcək karyerası üçün müxtəlif variantları araşdıra bilər. Son vaxtlar rəhbərliklə münaqişəsini nəzərə alsaq, “Barselona” onun gedişinə qarşı çıxmayacaq.