“Çelsi” futbolçusunu Fransa klubuna icarəyə verə bilər

“Lion” “Çelsi”nin müdafiəçisi Aksel Disasi ilə maraqlanır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu yanvar ayında futbolçuyla müqavilə imzalamağı planlaşdırır. Çünki komandanın oyunçuları Klinton Mata və Musa Niaxate tezliklə 21 dekabrda başlayacaq Afrika Millətlər Kuboku üçün yola düşəcəklər. “Çelsi” isə Disasini mövsümün sonuna qədər icarəyə verə bilər.

27 yaşlı müdafiəçi 2024/25 mövsümünün ikinci yarısını “Aston Villa”da icarə əsasında keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right