Qvardiola: “Foden xüsusi futbolçudur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Fodenin gələcəyi barədə danışıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, gənc oyunçunun həm meydanda, həm də komanda ruhunda lider olduğunu vurğulayıb:

“Bu, xüsusi futbolçudur. Ümid edirəm ki, Foden bütün karyerasını “Mançester Siti”də keçirəcək. Gələcəkdə o, komandanın kapitanı ola bilər. Meydanda liderlərdən biridir. O, həmişə məsuliyyəti üzərinə götürür və inanılmaz cazibə sahibidir”.

Foden cari mövsümdə “Mançester Siti”nin heyətində 17 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right