İbrahimoviç Olimpiadanın məşəldarı oldu

“Milan”, “Yuventus” və “İnter”in sabiq futbolçusu  Zlatan İbrahimoviç 2026-cı il Qış Olimpiya Oyunlarının məşəldarlarından biri seçilib.

Newsport.az xəbər verir ki, bu barədə Olimpiadanın rəsmi sosial media hesablarında məlumat yayılıb. İsveçli veteran hücumçu hazırda İtaliyada yaşayır və “Milan” klubunun strukturunda çalışır. İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları isə bundan yararlanaraq İbrahimoviçi məşəldar kimi görmək istəyiblər.

Məşəl daşıyıcıları sırasında daha bir tanınmış futbolçu – hazırda “Komо”nun qadın komandasında çıxış edən Alişa Leman da yer alıb.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina-d’Ampezzoda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right