İngiltərə klubunun qapıçısı "İnter"ə keçə bilər

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Qulyelmo Vikario karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" 29 yaşlı futbolçu ilə maraqlanır.

Mümkün keçidin yayda gerçəkləşə biləcəyi ehtimal olunur. İtaliya millisinin üzvü vətəninə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Qulyelmo Vikario cari mövsüm bütün turnirlərdə 19 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right