“Milan”dan yeni müqavilə

“Milan” öz texniki tərəfdaşlarından biri olan “Technogym” şirkəti ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət komandanın fiziki hazırlıq üçün istifadə etdiyi müxtəlif məşq avadanlıqlarının təchizatçısından gedir.

“Milan”la “Technogym”un əməkdaşlığı hələ ötən əsrin 80-ci illərində başlayıb. Şirkət isə daha böyük populyarlığı 90-cı illərin ortalarında, Formula-1-də Benetton komandası və əfsanəvi pilot Mixael Şumaxerlə tərəfdaşlıq etdikdən sonra qazanıb.

Elə o dövrdə – 1994-cü ildə “Milan” UEFA Çempionlar Liqasının məşhur finalında “Barselona”nı darmadağın (4:0) etdiyi zaman, Şumaxer də Formula-1 qran-prilərində rəqibsiz idi.

“Milan” hazırda İtaliya A Seriyasında turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right