Noyer "Bavariya"da qalacaq? özü açıqladı

"Bavariya"nın əsas qapıçısı Manuel Noyer klubla müqavilə müddətinin artırılması ilə bağlı vəziyyəti açıqlayıb. 

Newsport.az "Bayern & Germany" portalına istinadən xəbər verir ki, 39 yaşlı qolkiperin Münhen klubu ilə hazırkı müqaviləsi gələn yay başa çatır.

O, komandada qalıb-qalmayacağı ilə bağlı dəqiq bir söz deməyib:

"Hər şey mənim özümü necə hiss etməyindən asılı olacaq. Mövsümün ikinci yarısında hər şeyi görəcəyik. Düşünürəm ki, bu, yayda nəzərdən keçirilməli olduğum detallar var".

2011-ci ildən "Bavariya"nın formasını geyinən Noyerin müqavilə müddəti mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right