UEFA “Barselona”nın stadionunda yoxlama aparıb

UEFA-nın xüsusi komissiyası “Alaves”lə oyunda “Barselona”nın stadionunda tam yoxlama aparıb.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, UEFA nümayəndələri bütün “Kamp Nou” sistemlərindən tam razı qalıb və kluba Çempionlar Liqasındakı rəqibləri öz stadionunda qəbul etməyə icazə verib.

“Barselona” Çempionlar Liqasında, dekabrın 9-da Almaniya “Ayntraxt”ını (Frankfurt) qəbul edəcək.

“Kamp Nou”ya qayıtdıqdan sonra kataloniyalılar İspaniya La Liqasında “Atletik”i (4:0) və “Alaves”i (3:1) məğlub edərək, cəmi iki ev oyununa çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right