“Yuventus”un hücumçusu Kənan Yıldızın “Arsenal”a mümkün transferi ilə bağlı getdikcə daha çox məlumat yayılır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu türkiyəli futbolçu üçün təklif hazırlayır. “Yuventus” oyunçusunu təxminən 97 milyon avro dəyərində qiymətləndirir.
Yıldız bu mövsüm Turin klubunun heyətində 17 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.