Müller: “Bayern”in oyunlarını izləmək böyük zövqdür”

“Bayern”in keçmiş hücumçusu Tomas Müller sabiq komandasının cari mövsümdəki çıxışını yüksək qiymətləndirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvard komandanın çox yaxşı qurulduğunu bildirib:

“Komanda çox yaxşı qurulub və Vensan Kompaninin rəhbərliyində məşqçi heyəti möhtəşəm iş görür. Onların oyununu izləmək böyük zövqdür. Bütün oyunları izləməsəm də, yaxşı təəssürat yaranıb. Hazırda hər şey qaydasındadır və ümid edirəm ki, bu belə davam edəcək.

Mən keçmiş həmkarlarımla əlaqədə oluram, çoxsaylı icmalları izləyirəm və hadisələrdən xəbərdaram”.

Münhen təmsilçisi Bundesliqada 11 turdan sonra 6 xallıq fərqlə liderdir. Komanda UEFA Çempionlar Liqasında isə 5 oyun keçirib və hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Müller 2008-2025-ci illərdə “Bayern”in formasını geyinib. O, hazırda MLS təmsilçisi “Vankuver Uaytkeps”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right