“Barselona”nın prezidenti Xuan Laporta UEFA Çempionlar Liqasının son matçında “Çelsi”yə qarşı oyunda qırmızı vərəqə alan Ronald Arauxoya yönələn tənqidlərə münasibət bildirib.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, Laporta uruqvaylı müdafiəçini açıq şəkildə müdafiə edib:
“Mən Arauхonu qorumaq və dəstəkləmək istəyirəm. Ona qarşı böyük tənqid var və bu, ədalətsizdir. Meydanda hər şeyini ortaya qoyur. O, bizim liderimizdir, bu dövrü aşmalıdır. Mən ona deyirəm ki, biz onunlayıq: birlikdə qazanır, birlikdə uduzuruq. Biz bir komandayıq”.
“Barselona” Çempionlar Liqasının 5-ci turunda səfərdə “Çelsi”yə 0:3 hesabı ilə uduzub. Kataloniya təmsilçisi 44-cü dəqiqədən etibarən azlıqda oynayıb.