İspaniyanın "Betis" klubu Avropa Liqası Liqa mərhələsinin "Utrext"lə matçında iki itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan İsko ilə Sofian Amrabat sıradan çıxıblar.
Xoşagəlməz hal oyunun 3-cü dəqiqəsində baş verib. Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.
Qeyd edək ki, "Betis" - "Utrext" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.