13 yaşında avrokuboklar tarixinə düşdü

"Arsenal"ın 19 yaşadək futbolçulardan ibarət komandasının yarımmüdafiəçisi Luis Munoz UEFA Gənclər Liqasının tarixinə düşüb.

Newsport.az xəbər verir ki, o, bunu 5-ci turda "Bavariya" ilə oyunda meydana çıxmaqla bacarıb (4:2).

13 yaş 343 günlüyündə olan futbolçu yarış tarixinin ən gənc oyunçusu adını qazanıb. 

Qeyd edək ki, əvvəlki rekord Cəbəllütariq "Linkoln"u ilə debüt edən Liam Payaya məxsus idi - 14 yaş 91 gün.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right