Mareska: "Oyundan sonra komandama dedim ki..."

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, mütəxəssis 3:0 hesablı qələbə haqda bunları deyib: 

“Rəqibin "Barselona" olduğunu nəzərə alsaq, böyük qələbə qazandıq. Oyunçu sayı bərabər olanda da yaxşı oynayırdıq. “Barselona” topla sahib olanda daha rahat davranır. Biz bunu bilirdik. Ona görə çalışdıq ki, onları topsuz qoyaq. Fürsətlər yaratdıq, qollar vurduq. Matçdan sonra komandama dedim ki, indi bərpa olunmaq vaxtıdır. Bu qələbəni tez unutmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right