"Kukurelya Yamalı cibində saxlamışdı"

"Çelsi"nin qapıçısı Robert Sançez Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Barselona"ya 3:0 hesaabı ilə qalib gəldikləri görüş haqqında danışıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, qolkiper matçın ən yaxşısı seçilən komanda yoldaşı Mark Kukurelyanı tərifləyib. O, Kukurelyanın "Kataloniya təmsilçisinin forvardı Lamin Yamalı zərərsizləşdirməyi bacardığını deyib: 

"Kukurelya Yamalı cibində saxlamışdı. Komanda olaraq əla çıxış etdik".

Sançez "Barselona"nın Çempionlar Liqasının favoriti olub-olmadığına dair sualı isə belə cavablandırıb: "Xeyr. Favorit bizlərik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right